20 
Yan
2022
17:34
486

Avropa Şurasının sədri və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Mixeil Saakaşviliyə məktub göndərib

Üçüncü prezidentə Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin məktubu təqdim edilib.

InterPress.ge xəbər verir ki, bu barədə
Mixail Saakaşvilinin vəkili Qiorqi  Mşvenieradze qeyd edib.

 Vəkilin sözlərinə görə, məktubda Saakaşvilinin sağlamlıq vəziyyətindən bəhs edilir və Gürcüstan hakimiyyətinə Avropa İnsan Haqları Konvensiyasından irəli gələn öhdəliklər xatırladılır.

“Mən Mixail Saakaşviliyə dünən Şarl Mişel və Ursula fon der Leyenin ofisindən göndərilən məktubu verdim. Məktubda onun səhhətinə xüsusi diqqət yetirilir və Gürcüstan hakimiyyətinə Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş öhdəliklər ciddi şəkildə xatırladılır. Eyni zamanda, onlar davam edən prosesləri, o cümlədən ədalətli məhkəmə araşdırmasının xüsusi əhəmiyyətini izləməyə davam edəcək və ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsinin Gürcüstanın yerinə yetirməli olduğu Assosiasiya Sazişinə əsasən öhdəlik olduğunu qeyd edəcəklər. Bu məktub Saakaşvilinin vəkili kimi mənə dünən Karl Harçelin adından göndərilib", - Qiorqi Mşvenieradze bildirib.

Bizimlə əlaqə saxlayın