20 
Yan
2022
14:03
874

Acarıstanda qar örtüyünün hündürlüyü 2 metri keçib

Acarıstanda yağan güclü qar səbəbindən dağlıq kəndlərdə və Batumidə hərəkətdə problemlər yaranıb. 

InterPress.ge xəbər verir ki, Xulo Bələdiyyəsinin sakinləri qar səbəbindən əksər kəndlərin bağlandığını və kömək istədiklərini bildiriblər.

"Bizim xarici dünya ilə əlaqəmiz kəsilib. Yollar təmizlənməlidir, təcili yardım maşınları gələ bilmir. Yerli hökumətdən xahiş edirik ki, vaxtında yolları təmizləsin", - Xulo sakinləri bildiriblər.

Acarıstan Yollar Departamentindən verilən məlumata görə, Acarıstanın bütün bələdiyyələrində ağır texnika səfərbər olunub və yol təmizləmə işləri aparılır.

"Güclü qar yağması səbəbindən Acarıstan Yollar Departamenti fövqəladə iş rejimində işlərini davam etdirir.  Acarıstanın bütün bələdiyyələrində təmizlik işləri aparılır. Xüsusi texnika və insan resursları səfərbər olunur. Yüksək zonanın kəndlərində qar örtüyü 2 metri keçib.  Görünüş məhduddur və işlər mürəkkəbdir. Acarıstan Yollar Departamentinin texnikası 24 saatlıq rejimdə inzibati icmalarla birləşən yolları təmizləyir”, - deyə bildirilib.

Batumiyə gəlincə, meriya bildirib ki, Batumidə bütün gecə yollar qardan təmizlənib.  

"Hazırda təmizlik işləri intensiv şəkildə aparılır. Meriyanın bütün müvafiq xidmətləri səfərbər olunub", - Meriyadan bildirilib.

Bizimlə əlaqə saxlayın