Rustavidə, Rçeulişvili küçəsi 6a ünvanında yanğın baş verib.
InterPress.ge xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları səfərbər olunub.
Əhali yaşayış binasından təxliyyə edilib.
İlk olaraq birinci mərtəbədəki mənzildə başlayan yanğın qısa müddətdə ikinci mərtəbəyə keçib. Hazırda yanğının lokallaşdırılması aparılır.
