20 
Yan
2022
11:13
200

Baş nazir: “Qonşu ölkələrlə effektiv regional əməkdaşlıq sabitliyə aparan yoldur”

“Qonşu ölkələrlə effektiv regional əməkdaşlıq təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafa aparan yoldur”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanla görüşdə deyib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və ikitərəfli münasibətlərdə müsbət dinamikanı müzakirə ediblər. Müzakirə olunan əsas məsələlərdən biri Türkiyədən Gürcüstana yüksək keyfiyyətli dərmanların idxalı olub. Qeyd olunub ki, Türkiyədən medikamentlərin tədarükü Gürcüstanda dərmanların qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə kömək edəcək.

Görüşdə qeyd olunub ki, mövcud regional layihələr effektiv strateji tərəfdaşlıq, dayanıqlı inkişaf və Gürcüstanla Türkiyə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Vurğulanıb ki, bu layihələr ölkələrə daha çox iqtisadi müstəqillik, təhlükəsizlik və davamlılıq gətirir.

Tərəflər siyasi və iqtisadi sahələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə dair hazırlıq ifadə ediblər.

Görüşdə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısına və pandemiyaya qarşı mübarizədə birgə səylərə də diqqət yönəldilib.

Hökumət başçısı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi qətiyyətli dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. O, Türkiyə səfirinin ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Bizimlə əlaqə saxlayın