19 
Yan
2022
23:46
290

İmnadze: "Omikronla yaşlı nəsil çox diqqətli olmalıdır"

"Omikronla yaşlı nəsil çox diqqətli olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze qeyd edib 

Onun sözlərinə görə, "Omikron" gənclərdə və peyvənd olunmuş  insanlarda nisbətən yüngül keçir, lakin araşdırmalara görə, bu ştam hüceyrə immun sisteminə zərbə vurur və bu,  mənfi nəticələrə səbəb ola bilər.

"Omikron gənclərdə, Buster doza vurdurmuş və peyvənd olunmuş şəxslərdə yüngül keçir. Araşdırmalarda məlum olur ki, omikron hüceyrə sistemini vurur və bu mənfi nəticələrə səbəb ola bilər. Deltadan qorunduğunuz kimi özünüzü Omikrondan da qoruyun. Təbii toxunulmazlığa güvənməyək, Buster doza vurduraq" dedi Paata İmnadze.

Gürcüstanda yeni koronavirus ştamlarının yaranması ehtimalına gəlincə, İmnadze ehtimalın aşağı olduğunu deyir.

“Gürcüstanda yeni mutasiyaların yaranma şansı böyük deyil, çünki əhalimiz yeni mutasiyanın baş verməsi üçün kifayət qədər azdır. Hər şey ola bilər, amma ehtimalı azdır. Əsas odur ki, əhali peyvənd olunsun ki, koronavirus mümkün qədər az zərər versin. Ən əsası insanların ölməməsidir”, - Paata İmnadze bildirib.

Bizimlə əlaqə saxlayın