"Mtavari Arxi"nin baş direktoru Nika Qvaramia dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.
InterPress.ge xəbər verir ki, Qvaramianın dindirilməsi bu gün, saat 14:00-a təyin edilib.
Əldə olan məlumata görə, dindirilmə sifarişli qətlin təşkilinə aiddir. Jurnalist Eliso Kiladzenin sözlərinə göra, Nika Qvaramianın qətlinin sifarişi Çeçenistan prezidenti Ramzan Kadırov olub, bundan sonra qatillər Gürcüstana gəliblər.
