18 
Yan
2022
11:02
1783

Rustavi-Tbilisi yolunda polis döyüldü

Poniçalada, Rustavi-Tbilisi magistral yolunda 45 yaşlı polis döyülüb.

InterPress.ge-nin məlumatına görə, bir nəfər avtomobili ilə hərəkət edərkən digər avtomobillə hərəkət edən sürücüyə kobud şəkildə müraciət edib.

Qeyd olunan mübahisədən sonra onlar avtomobildən eniblər və bu zaman fiziki qarşıdurma başlayıb. Fiziki qarşıdurma zamanı kişi havaya atəş açıb. Tezliklə həmin kişinin polis olduğu və mübahisə zamanı sərxoş olduğu aydınlaşıb.

"Təcili yardım yaralı polisi apardı. Başından xəsarət almışdı. Mübahisə zamanı vəzifə başında deyildi", - şahidlərdən biri söyləyib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər