18 
Yan
2022
10:48
540

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 7 521 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 006 864 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 160 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 934 667 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 31 nəfər ölüb və ölənlərin ümumi sayı 14 512 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər