Polşada Gürcüstan vətəndaşları saxlanıldı
Polşada Gürcüstan vətəndaşları Belarusdan qanunsuz olaraq miqrant gətirməkdə ittiham olunaraq saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mediyası məlumat yayır.
KİV-in yaydığı məlumata görə, mütəşəkkil cinayətkar qrupun 9 üzvü Belarusdan Polşaya qanunsuz olaraq miqrantlar aparıb və onların Almaniyaya getməsinə köməklik edib.
Prokurorluğun sözçüsü Artur Şikulanın sözlərinə görə, məhbusların əksəriyyəti iddia edilən cinayətdə təqsirli olduqlarını etiraf ediblər. Dörd şübhəli barəsində prokuror müvəqqəti həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib və qərar təmin edilib. Qalan şəxslər barəsində polis nəzarəti və ölkədən çıxışlarına qadağa qoyulması şəklində qabaqlayıcı tədbirlər görülüb.
Mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ötən ilin sentyabrından bu ilin yanvarına qədər olan dövrü əhatə edir. Qrupun üzvləri Podlaskie Voyevodalığı, Varşava, Lodz, Vrotslav və ölkənin digər şəhərlərində fəallıq göstəriblər. Axtarış zamanı saxlanılan şəxslərdən 475 min avro və 30 min dollar aşkar edilib. Polşa prokurorluğunun yaydığı məlumata görə, Polşa, Ukrayna və Tunis vətəndaşları da saxlanılıb. Araşdırmada Europol da iştirak edib.


