17 
Yan
2022
14:00
369

Kvemo Kartli və Acarada narkotik satıcıları saxlanıldı

Daxil İşlər Nazirliyinin Kvemo Kartli və Acara Polis Departamentinin əməkdaşları keçmişdə məhkum olunmuş 3 şəxsi saxlayıb.

InterPress.ge xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılanlar 1974-cü il təvəllüdlü M.P, 1986-cı il təvəllüdlü A.M  və 1967-ci il təvəllüdlü K.Q-dır. Onlar külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə təqsirli bilinirlər.

"Kvemo Kartli Polis Departamentinin əməkdaşları, M.P-nın özündə ve müvəqqəti yaşayış evindən axtarış nəticəsində 3 kiloqrama yaxın  "Heroin" tərkibli  narkotik maddə aşkar ediblər, A.M-nın üstünü axtararkən 100 qrama yaxın "Heroin" tərkibli narkotik maddə tapıblar.

Acara Polis Departamentinin əməkdaşları saxlanılan Q.K-nın özündə və yaşadığı evində axtarış nəticəsində  "Heroin" "Buprenorfin" və "Metadon" tərkibli narkotik maddə ve pul tapıblar", - deyə bildirilib.

Faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinə əsasən həyata keçirilir. Maddə Xüsusilə külli miqdarda narkotik vasitələrinin alqı-satqısını nəzərdə tutur.

Cinayət 8 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın