Qonşular Laqodexidə baş vermiş qətl hadisəsindən danışır
Yerli sakinlər Laqodexidə keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının cinayətinin təfərrüatları haqda danışıblar.
InterPress.ge xəbər verir ki, onlar bu barədə mediaya açıqlama veriblər.
Qonşulardan birinin dediyinə görə, cinayət səbəbindən saxlanılan kişi keçmiş həyat yoldaşını hədələyib. Bununla bərabər qətl günü heç kim heçnə bilməyib, dünyasını dəyişən qadının cəsədini onun qardaşı tapıb.
"Məncə xəstəxanaya çatdırılanda o artıq ölü idi, dəqiq bilmirik. Oğlan narkotik aludəçisi idi və adətən uyğunsuz hərəkətlər edirdi. Sinif yoldaşı idilər və bir-birilərini sevirdilər, ancaq sonradan oğlanın xasiyyəti dəyişdi və bir ildir ki, ayrı yaşayırdılar. Dünyasını dəyişən qadın kirayədə üç övladı ilə birlikdə yaşayırdı, oraya yaxın bir yerdə işləyirdi. Kiçik oğlunu uşaq bağçasından çıxarıb Tbilisiyə apardığına görə bu oğlana məhdudlaşdırılma qərarı tətbiq olunmuşdu. Aliment ilə əlaqədar olaraq məhkəmə prosesi davam edirdi. Bu oğlan o qızın yanına getməyə başlamışdı və arada bir uşaqları da gətirirdi, bir-biriləri ilə görüşürdülər. Qətl günü həmin oğlan iki dəfə bura gəldi və qeyri-adekvat idi, buna görə də, anası şübhələnib qızının qazdan ölə bilməyəcəyini söylədi, çünki pəncərə açıq idi və qazın yanındakı qəfəsdəki tutuquşuları sağ idilər. Cəsəd ekspertizaya göndərildi, sonra isə geri gətirildi, sonra yenə geri aparıldı, şübhəli hal yarandı dedilər. Hələlik heçnə bilmirik. O, gün heç kim heçnə eşitməyib" - deyə qonşu bildirib.


