17 
Yan
2022
11:33
14589

ŞAD XƏBƏR: Bu şəxslərin elektirik enerjisinin xərcləri hökumət tərəfindən ödəniləcək

Hökumət əhalinin bir hissəsinin elektrik enerjisi xəriclərini yenidən subsidiyalaşdıracaq. 

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin iclasının əvvəlində baş nazir İrakli Ğaribaşvili bildirib.

Onun qeyd etdiyinə görə, subsidiya proqramı yanvar ayından başlayacaq və il boyu davam edəcək.

“Bizim qərara əsasən, əhalinin böyük bir hissəsi, 1 milyona yaxın insan üçün elektrik enerjisi tariflərinin artırılmasını subsidiya edəcəyik. Bu, 150 min və daha az balı olan əhaliyə aiddir. Bildiyiniz kimi,  bu program bizdə iki ildir ki, mövcuddur lakin yanvar ayında bu subsidiya proqramı dayandırıldı və biz bu proqramı  yenidən davam etdirmək qərarına gəldik hansi ki, əhalinin ən çox ehtiyacı olan hissəsinə elektrik enerjisinin subsidiyasini nəzərdə tutur. Bu qərar yanvar ayından qüvvəyə minəcək və  bütün il boyu  davam edəcək”, - deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər