Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

"Taliban" qadınların nümayişində gözyaşardıcı qazdan istifadə edib

331
"Taliban" qadınların nümayişində gözyaşardıcı qazdan istifadə edib
Dinləmək üçün basın

"Taliban" tərəfdarları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

"Taliban" tərəfdarları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Əfqanıstanın "Aamaj News" agentliyi məlumat yayıb.

Bir qrup əfqan qadın "Taliban"ın tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün Kabil küçələrinə çıxıb. Nümayişçilər qanuni hüquqlarının təmin olunmasını tələb ediblər.

Qeyd edək ki, "Taliban" hakimiyyətə gəldikdən sonra qadınlara müvəqqəti məhdudiyyətlər qoymağa başlayıb. Hərəkat 20 ilə yaxındır mövcud olan Qadın İşləri Nazirliyini ləğv edərək, onun əvəzinə İslami Müraciət Nazirliyini yaradıb. Bu, 1996-cı ildən 2001-ci ilə qədər fəaliyyət göstərən, əxlaq polisi funksiyaları ilə təchiz edilmiş orqanın analoqudur.

Bundan əlavə, "Taliban" ölkənin əksər əyalətlərində qızların məktəblərə girişini məhdudlaşdırıb, qadın teleaparıcıları hicab taxmağa məcbur edib və yerli televiziyalara zərif cinsin nümayəndələrini göstərən filmləri nümayiş etdirməməyi tapşırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →