Ürək xəstəliklərinin nadir rast gəlinən səbəbi aşkarlanıb
Səhər yeməyi zamanı istifadə edilən kərə yağı və pendirdən ibarət sendviç sağlamlıq üçün təhlükəlidir.
InterPress.ge xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Sergey Vyalov instaqram səhifəsində qeyd edib.
Həkim bildirib ki, tez-tez istifadə edilən sendviçlər mədəaltı vəziyə həddən artıq yüklənir. Nəticədə pankreatitin inkişaf riski artır.
Bundan əlavə, belə qəlyanaltı ürək-damar sisteminə də zərər verə bilər. Heyvan mənşəli qidalar qanda xolesterin və triqliseridlərin səviyyəsini yüksəldir, ateroskleroz tez inkişaf edir. Həmçinin ürəyin işemik xəstəliyi yaranır, infarkt riski artır.
Vyalovun fikrincə, pendir və yağlı sendviçlərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. O, qida qəbulu zamanı həm heyvan, həm də bitki mənşəli qidalardan istifadəni tövsiyə edib.