Sosial agentlərin və Sosial Xidmət Agentliyinin əməkdaşlarının maaşları artırılacaq
Sosial Xidmət Agentliyi tərəfindən hazırlanmış struktur-təşkilati inkişaf planı çərçivəsində qəbul edilən qərara əsasən, fevral ayından bütün Gürcüstan üzrə sosial agentlərin və Sosial Xidmət Agentliyinin əməkdaşlarının maaşları artırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına gorə, sosial agentin əmək haqqı iki komponentdən ibarətdir - sabit və məhsul mükafatı. Artım hər iki komponentə təsir edəcək.
"Son aylarda Sosial Xidmət Agentliyi ilə aparılan aktiv məsləhətləşmələr nəticəsində sosial agentin sabit əmək haqqının 60%-ə çatdırılması barədə qərar qəbul edilib. Xüsusilə, 250 lari əvəzinə 400 lari, 550 lari əvəzinə isə 700 lari olacaq. Səfərlər zamanı sosial agentlər bir doldurulmuş bəyannamə üçün 6 lari əvəzinə 10 lari alacaqlar.
Həmçinin Sosial Xidmətlər Agentliyinin 1000 nəfərədək aşağı və orta səviyyə işçisinin əmək haqqı 40 faizdən 60 faizə qaldırılacaq.
Sosial Xidmətlər Agentliyinin prioritet istiqaməti sosial xidmətlərin əhaliyə rahat çatdırılmasıdır. Bu məqsədlə həm təşkilati, həm də struktur dəyişiklikləri baxımından Sosial Xidmət Agentliyinin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir”, - məlumatda deyilir.


