16 
Yan
2022
21:31
670

Qardan təmizlənməmiş yollar, yaranmış tıxaclar və ayrılmış milyonlarla lari- Korrupsiya üzrə mütəxəssislər danışır

Hökumət hər il mərkəzi yolların təmizlənməsinə 127 milyon lari xərcləyir. Buna baxmayaraq, ölkə ərazisinə yağan az qar problemlər yaradır və nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranır. 

InterPress.ge xəbər verir ki, korrupsiya müstəntiqləri müəyyən ediblər ki, bu vəsaitləri alan şirkətlərin əksəriyyəti “Gürcü arzusu”nun donorlarıdır. 

Mütəxəssislər hesab edir ki, hökumət bu fakta görə yarımçıq işlərə göz yumur.

"Belə görünür ki, Yollar Departamenti qışın gəlişindən xəbərsiz olub, çünki qış tam hazırlıqsızlıqla qarşılandı. Baxmayaraq ki, Gürcüstan 25 zonaya bölünür və 25 müqavilə var idi və bu müqavilələrin dəyəri ümumilikdə 127 milyon laridir. Belə olan halda bu 127 milyon lari yolların operativ  təmizlənməsinə sərf edilməli idi. Şirkətdə olan insanlar Gürcü Arzusunun donorlarıdırlar, və bundan irəli gələrək onlar cəld işləməyi xahiş edə bilmirlər və ya xahiş etmirlər." - korrupsiya üzrə müstəntiq Besik Donadze deyib.

Yolların bağlanmasının, vaxtında təmizlənməməsinin digər səbəbi isə dünya bazarında qiymət artımıdır. 2019-cu ildə adıçəkilən şirkətlərlə konkret məbləğə müqavilələr bağlansa da, o vaxtdan dünya bazarında qiymətlər artıb və şirkətlərin bahalı materiallar şəraitində işləməsi çətinləşib.

Yolların təmizlənməsinə cavabdeh olan şirkətlərin nümayəndələri “Gürcü arzusu”nun tərəfdarları olduqlarını açıq şəkildə bildirirlər. Onların fikrincə, bu şirkətlərin mövcudluğu birbaşa hakimiyyətdən və konkret zamanda hakimiyyətdə olacaq partiyadan asılıdır.

Bizimlə əlaqə saxlayın