Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İonatamişvili: “Milli Hərəkat” ən qeyri-sabit partiyadır, nə istədiklərini bilmirlər"

396
İonatamişvili: “Milli Hərəkat” ən qeyri-sabit partiyadır, nə istədiklərini bilmirlər"
Dinləmək üçün basın

"Biz nə istintaq komissiyasının yaradılmasında problem görürük, nə də bu komissiyanın yaradılmamasında problem görürük, çünki hər bir vətəndaş Mixeil Saakaşvilinin məhbus kimi hüquqlarının yüksək səviyyədə qorunduğunu…

"Biz nə istintaq komissiyasının yaradılmasında problem görürük, nə də bu komissiyanın yaradılmamasında problem görürük, çünki hər bir vətəndaş Mixeil Saakaşvilinin məhbus kimi hüquqlarının yüksək səviyyədə qorunduğunu bilir".

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının deputatı Rati İonatamişvili  Saakaşviliyə qarşı “qeyri-insani rəftar”a görə istintaq komissiyasının yaradılması ideyasına belə cavab verib.

İonatamişvilinin sözlərinə görə, “Milli Hərəkat” üçün “dünyanın Mixail Saakaşvilinin ətrafında fırlanması” yeni deyil.

“Onlar onun hərəkətindən tam qane deyillər, daxilən ayrılmaq istəsələr də, bunu bacarmırlar. Ona görə də onların gündəliyi bizim üçün maraqlı deyil.  Bizim fəal gündəliyimiz var, çünki ölkəmizdə təcili həll edilməli olan ciddi problemlər var. Milli Hərəkat qeyri-sabit partiyadır, nə istədiklərini bilmirlər, ona görə də həftədə bir dəfə mövqelərini dəyişirlər”, - İonatamişvili bildirib.

O, “Milli Hərəkat”ın parlamentə daxil ola bilməsinə də münasibət bildirib.

“Parlamentə daxil olmalarına gəlincə, bu, Sovet İttifaqının himnini səsləndirmək, stolların üstündə gəzmək və Mixeil Saakaşvilinin məktublarını oxumaq idi. Yəqin ki, yenə də bu rejimdə fəaliyyətlərini davam etdirəcəklər, onların parlamentə daxil olması arzuolunandır ki, camaat bir daha görsün ki, nə küçədə, nə də deputatlıq fəaliyyəti zamanı heç nəyə qadir deyillər. 

Məsələ burasındadır ki, “Milli Hərəkat”da çox ciddi böhran yaşanır, bu da ümumilikdə bu partiyada mövcud olan məsuliyyətsiz, ardıcıl olmayan münasibətdən irəli gəlir, bu, onların qeyri-rəsmi idarəçisi Mixeil Saakaşvili tərəfindən də, partiyanın üzvləri tərəfindən də mövcuddur və bu, açıq şəkildə hiss olunur.  Nəticə etibarı ilə bir-birinə və öz seçicilərinə qarşı bu qədər məsuliyyətsiz münasibət bəsləyən bu qədər ardıcıl olmayan siyasi partiyanın sonu partiya üçün həmişə çox pis olur. Mən əminəm ki, Vahid Milli Hərəkatdakı bu ağır böhran daha da dərinləşəcək", - Rati İonatamişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →