16 
Yan
2022
11:18
515

Son sutkada ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5 504 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 995 687 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 304 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 928 441 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 24 nəfər ölüb və ölənlərin ümumi sayı 14 449 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər