Gürcüstan vətəndaşları Qazaxıstandan vətənlərinə qayıdırlar
Gürcüstan vətəndaşları Qazaxıstandan vətənlərinə qayıdırlar.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu gün Qazaxıstandan, Almatıdan Gürcüstana aviareys başlayıb və bu aviareys vasitəsilə 8 Gürcüstan vətəndaşı, o cümlədən “İlori” ansamblının üzvləri vətənə qayıdacaq.
"Qeyd etmək lazımdır ki, Qazaxıstanda baş verən hadisələrlə əlaqədar Gürcüstanın Qazaxıstan Respublikasındakı səfirliyi, o cümlədən Gürcüstanın fəxri konsulluğu və gürcü diasporunun nümayəndələri oradakı Gürcüstan vətəndaşları ilə daim əlaqədə olublar. Səfirliyin köməyi ilə bu müddət ərzində Gürcüstan vətəndaşları ərzaq, dərman və ilkin tələbat malları ilə təmin edilib. Bu vaxta qədər 100-dən çox Gürcüstan vətəndaşı Qazaxıstandan Gürcüstana qayıdıb. Gürcüstanın Qazaxıstandakı səfirliyi adi rejimdə fəaliyyətini davam etdirir, qaynar xətt fəaliyyətə başlayıb və Gürcüstan vətəndaşları +7 (717) 224-32-58 nömrəsinə zəng edə bilərlər. Bundan əlavə, [email protected] elektron poçt ünvanına da mesaj göndərmək mümkündür", - Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


