Saakaşvilinin ukraynalı vəkili: "Bu, Ukrayna üçün mühüm siqnaldır”
"Ukrayna dövləti dünyanın istənilən yerində öz vətəndaşlarının maraqlarını qoruyur və bunun üçün bütün vasitələrdən istifadə edir, müvafiq olaraq, Mixeil Saakaşvilinin işgəncəyə məruz qalması və naməlum psixotrop dərmanlar qəbul etməsi ilə bağlı iş artıq başlanıb və araşdırma aparılır".
InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin ukraynalı vəkili Vladislav Qrişenko Gürcüstanın üçüncü prezidenti ilə görüşündən sonra bildirib.
Vəkilin sözlərinə görə, Dövlət Müfəttişliyinin ləğvi birbaşa Saakaşvilinin işi ilə bağlıdır və Ukrayna üçün mühüm siqnaldır.
“Saakaşvili bizə onun zərərçəkmiş kimi tanınması barədə bəyanat verib və zərərçəkmişi təmsil edən tərəf müvafiq istintaq tədbirlərini fəal şəkildə həyata keçirəcək. Şəhər məhkəməsinin Müfəttişliyin qərarını ləğv etdiyini eşidəndə təəccübləndik, bu, müstəqil qurumun ləğvi deməkdir və bu, Ukrayna üçün mühüm siqnaldır”, - deyə vəkil bildirib.


