14 
Yan
2022
11:10
339

İrakli Ğaribaşvili: "Müstəqilliyimizi və azadlığımızı bundan sonra da qoruyub möhkəmləndirəcəyimizin əlaməti olaraq bayrağımız həmişə dalğalanacaq"

"Dövlət bayrağı bu torpaqda yaşayan çoxsaylı etnosların, müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir vətəni, bir gələcəyinin olmasının rəmzidi".

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili vətəndaşları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

“Ölkəmizin bütün vətəndaşlarını ən mühüm milli rəmzlərdən biri - Gürcüstanın Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Dövlət bayrağı bu torpaqda yaşayan çoxsaylı etnosların, müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir vətəni, bir gələcəyinin olmasının rəmzidir. Bu, bizim hamımızın böyük tariximizə və mədəniyyətimizə əsaslanan müasir, inkişaf etmiş, güclü Gürcüstan qurmaq istəyini təcəssüm etdirir.

Bu gün biz qəhrəmanlarımızı, dövlət və xalq xadimlərimizi, həyatını vətənə xidmətə həsr etmiş bütün insanları ehtiramla yad edirik.

Böyük mübarizə və zəhmət bahasına əldə etdiklərimizi - müstəqilliyimizi və azadlığımızı bundan sonra da qoruyub möhkəmləndirəcəyimizin əlaməti olaraq bayrağımız hər zaman dalğalanacaq”, - Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər