Avropa İttifaqı Şurası Ukraynaya qarşı təcavüzlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay uzadılması barədə qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, müvafiq olaraq, Rusiyaya qarşı sanksiyalar 2022-ci il iyulun 31-dək uzadılıb.
Avropa İttifaqı ilk dəfə 2014-cü il iyulun 31-də Ukraynada vəziyyətin sabitliyinin pozulmasına cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Sanksiyalar 2014-cü ilin sentyabrında sərtləşdirilib və 2015-ci ildə Avropa Şurası onların müddətini Minsk razılaşmalarının icrası ilə əlaqələndirməyə razılaşıb.
Aİ liderləri Rusiyanın Ukraynaya qarşı növbəti silahlı təcavüzünün “geniş miqyaslı nəticələri” olacağını deyirlər.
