Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycan Respublikasının dövlət başçısı "Buster" dozanı aldığını açıqladı

526
Azərbaycan Respublikasının dövlət başçısı "Buster" dozanı aldığını açıqladı
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaksinin üçüncü dozası "Buster" dozanı aldığını qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaksinin üçüncü dozası "Buster" dozanı aldığını qeyd etdi.

InterPress.ge xəbər verir ki,bu barədə  Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də Azərbaycanın yerli televiziya kanallarına müsahibəsində deyib.

"Amma bunu da heç kim bilmir. Bunu əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ özümüzü, hamımız özümüzü qorumalıyıq: Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – buster dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm Sinovac, həm Pfizer görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik", - Azərbaycan Respublikasının prezidenti bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →