13 
Yan
2022
17:37
489

Gürcüstan Prezidenti Dövlət Müffəttişliyinin ləğv edilməsi qərarına rəsmi münasibət bildirdi

Prezident Salome Zurabişvili Dövlət Müfəttişliyini ləğv edən qanunu imzalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili bəyanat yayıb.

“Bu gün mən Dövlət Müfəttişliyi Xidməti haqqında qanuna xidmətin ləğvini və onun yerində yeni strukturların yaradılmasını nəzərdə tutan dəyişikliyi imzaladım. Bu cür struktur dəyişiklikləri ilə bağlı müxtəlif fikirlər olub və indi də var, baxmayaraq ki, bu qərar özlüyündə qəti hüquqi etirazı ehtiva etmir. Xidmətin ləğvi və yeni strukturların yaradılması özlüyündə prezidentin hüquqi xarakterli əsaslandırılmış iradlarına əsas vermir.

Belə mühüm qanunun heç bir məsləhətləşmədən və lazımi müzakirələrdən keçmədən, operativ şəkildə qəbul edilməsini qəbuledilməz hesab edirəm. Xüsusən ona görə ki, ona tez bir zamanda yenidən baxılması zərurəti heç nə ilə əsaslandırılmayıb.

Demokratiyanı möhkəmləndirməyi qarşısına məqsəd qoyan bir ölkədə şəxsi məlumatların qorunması kimi əsas məsələnin müzakirəsi üçün adekvat vaxt və məkanın verilməməsi qəbuledilməzdir.
Müstəqil xidmət rəisinin, 6 il müddətinə seçilən şəxsin heç bir qabaqcadan xəbərdarlıq edilmədən, peşə fəaliyyəti ilə bağlı əsaslandırılmış irad bildirilmədən vəzifəsindən azad edilməsi çox pis presedentdir. Xüsusən də məmurların müstəqilliyinin və toxunulmazlığının möhkəmləndirilməsi ölkəmiz üçün ən böyük problemlərdən biri olaraq qalır.

Nəticədə qanunvericiliyə edilən dəyişikliklər ədalətsiz vəziyyət yaradıb ki, mən bunu paylaşıram və mənfi münasibətimi bildirirəm. Ümid edirəm ki, yeni yaradılan xidmətlərdən birində dövlət müfəttişinin müstəqilliyinin bütün təminatları ilə fəaliyyətini davam etdirməsinin həlli yolu tapılacaq. Ona qarşı çıxarılan qərar digər işçilərin müstəqillik dərəcəsini də müəyyən edir", - prezident açıqlamasında bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər