13 
Yan
2022
12:40
840

Polis Bolnisidə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları Bolnisidə 1 kiloqram 500 qram heroin götürüb, narkotik maddəni qanunsuz əldə etmək və saxlamaqda təqsirli bilinən bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü R.A.-nı qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmək və saxlamaqda ittiham edərək saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.A-nı Bolnisi bələdiyyəsinin Tsurtavi kəndi yaxınlığında saxladılar. Polis onun şəxsi axtarışı zamanı maddi sübut kimi 1 kiloqram 500 qram narkotik vasitə olan “Heroin” götürüb.

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə araşdırma aparılır.

Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər