Gürcüstan ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edildi
Çətin meteoroloji şəraitlə əlaqədar hazırda Gürcüstan ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayır.
Qar və buzla əlaqədar beynəlxalq əhəmiyyətli Mçxeta-Stepantsminda-Larsi yolunun Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Qar, qar fırtınası və görmə şəraitinin pisləşməsi ilə əlaqədar daxili əhəmiyyətli Koda-Parçxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunun km105-km110 (Paravani aşırımı) hissəsində qoşquların, yarımqoşquların və 30 yerdən çox tutumu olan avtobusların hərəkəti qadağandır, digər nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Güclü qar səbəbindən daxili əhəmiyyətli Kutaisi-Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km62 (Nakerala aşırımı) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Onların sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər aşağıdakı yollar üçün qüvvədə qalır:
Güclü qar səbəbindən Saçxere-Oni yolunda qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Güclü qar səbəbindən daxili əhəmiyyətli Batumi-Axalçixe avtomobil yolunun km86-km106-cı hissəsində bəzi nəqliyyat vasitələri üçün hərəkət qadağan edilib.
Qar və buzla əlaqədar olaraq Kutaisi-Cğaltubo-Çaqeri-Lentexi-Lasdili yolunun km88- km125 (Lentexi-Mele) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir.
Magistral yolunun km1-km88 (Cğaltubo döngəsi-Lentexi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun km138-km186 (Mestia-Uşquli) hissəsində qoşqu, yarımqoşquların və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Eyni zamanda, sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir.
Magistral yolunun km1-km138 (Zuqdidi-Mestia) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
Avtomobil Yolları Departamenti sakinləri qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır.


