Bu gün Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sabiq prezident Mixeil Saakaşvilinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
InterPress.ge xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin edilib.
İclasda təqsirləndirilən şəxs Mixeil Saakaşvilinin özü də iştirak edəcək.
Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb. İş üzrə daha 4 nəfər - Elquca Tsomaia, Zurab və Şalva Tsotsoria və Qiorqi Narimanidze ittiham olunub və onların məhkəmələri ayrı-ayrılıqda keçirilir.
Adıçəkilən şəxslər təqsirli olduqlarını etiraf ediblər.
