ABŞ dövlət katibinin müavini NATO- Rusiya Şurasının iclasında Gürcüstanla əlaqəli məsələlərə də toxunub
NATO hamı üçün açıqdır və Ukrayna alyansa qoşulmağa həvəsli olan ölkələrdən biridir.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman NATO-Rusiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında qeyd edib.
“NATO-ya qoşulma prosesinin özünəməxsus mərhələləri var. Bu MAP prosesidir. Bu prosesin xüsusi mərhələləri var. Ukrayna bu prosesdən keçir. Bu vaxt tələb edir. NATO-nun yüksək standartlarına cavab vermək üçün çox iş lazımdır. Eyni şey Gürcüstana da aiddir" dedi Vendi Şerman.
O, həmçinin qeyd edib ki, hər bir ölkənin öz yolunu seçmək hüququ var.
"Bu gün mən beynəlxalq sistemin və Avropa təhlükəsizliyinin əsas prinsiplərini bir daha təsdiqləyirəm: hər bir ölkənin öz yolunu seçmək üçün suveren hüququ var", - Şerman.


