12 
Yan
2022
13:49
562

Nika Melia: "Hesab edirəm ki, “Milli Hərəkat” bütün siyasi arenalardan istifadə etməlidir"

"Hesab edirəm ki, “Milli Hərəkat” partiyası bütün siyasi cəbhələrdə fəal olmalı, bütün siyasi arenalardan istifadə etməlidir".

InterPress.ge xəbər verir ki, bunu “Milli Hərəkat”ın sədri Nika Melia deyib.

Onun sözlərinə görə, partiyanın parlamentə daxil olaraq təkcə istintaq komissiyası yaratması və hər hansı digər fəaliyyətdən imtina etməsi qeyri-ciddi olardı.

“Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, biz parlamentə istintaq komissiyasının yaradılmasına görə daxil oluruqsa, təbii ki, bu, komissiyanın fəaliyyəti ilə məhdudlaşa bilməz. Düşünürəm ki, Milli Hərəkat partiyası bütün digər fəaliyyətlərlə yanaşı, parlament fəaliyyəti ilə də məşğul olmalıdır, çünki parlamentə istintaq komissiyası yaratmaq və arqumentlərin nə olmasından asılı olmayaraq hər hansı digər fəaliyyətdən imtina etmək qeyri-ciddi olardı. Fikrimcə, bu iş arenada tam mübarizəyə başlamaq deməkdir”, - Nika Melia bildirib.

Bizimlə əlaqə saxlayın