Yaxın vaxtlarda çörəyin qiyməti qalxa bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Çörəkçilər Assosiasiyasından bildirilib.
Assosiasiya rəhbərinin sözlərinə görə, qeyri-müəyyənlik ilin əvvəlində müxtəlif çörək zavodlarına qaz vergisinə görə fərqli tariflərin gəlməsindən sonra başlayıb.
Assosiasiyadan verilən məlumata görə, çörəyin bahalaşıb-bahalaşmayacağı kommunal xərclərdən asılıdır.
