12 
Yan
2022
12:32
591

Davit Bakradze: "Bu gün Badri Caparidze, Mamuka Xazaradze və Avto Tsereteli sistemi məğlub etdi"

"Məhkəmə qərarı bir daha göstərdi ki, prokurorluğun bu şəxsləri ittiham etməsi nə qədər absurd iş idi - bu gün Badri Caparidze, Mamuka Xazaradze və Avto Tsereteli sistemi məğlub etdilər".

InterPress.ge xəbər verir ki, müxalif siyasətçi Davit Bakradze məhkəmənin qərarına belə münasibət bildirib.

Onun qeyd etdiyinə görə, məhkəmənin çıxardığı qərar hüquqi baxımdan tam cəfəngiyyatdır.

"Eşitdiyimiz sistemin uğursuzluğudur, çünki hüquqi cəhətdən tamamilə cəfəngiyyat var idi - mövcud olmayan bir cinayətdən digər mövcud olmayan cinayətə keçdilər, ümumiyyətlə iş də açılmamışdı, onlara mövcud olmayan cəza verdilər. Sistemin çox pis vəziyyətdə olduğu ortaya çıxdı. Bir tərəfdən iş o qədər absurd idi ki, bu məhkəmə belə bu şəxslərə həbs cəzası verə bilmədi, digər tərəfdən, prokurorluq tamamilə geri çəkilmədi və hansısa formada bu şəxsləri günahkar çıxarmağa çalışdı. Bu, sistemli çöküşü, bu işin əvvəldən axıra kimi siyasi motivli olduğunu göstərir və mən hər üçünü sistem üzərində qələbə münasibəti ilə təbrik etmək istərdim. Bu gün sistem məğlub oldu və bu, gələcəkdə ölkədə belə siyasi işlərin, bu cür süni ittihamların və belə biabırçı işlərin dayandırılmasını, Gürcüstanda həqiqətən azad məhkəmənin olmasını istəyən bütün insanların qələbəsidir", - Bakradze deyib.

Bizimlə əlaqə saxlayın