Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia Gas” hazırda 808 min müştəriyə xidmət göstərir.
InterPress.ge xəbər verir ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazla təmin edib və 11 min kilometr uzunluğunda qaz kəməri çəkib.
Qeyd edək ki, şirkətin 2 mindən çox işçisi var.
