11 
Yan
2022
14:19
340

Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa olundu

Beynəlxalq əhəmiyyətli Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.

InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Tunellərdə qoşqu, yarımqoşqu və yeri 30-dan çox olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər