Ğibradze ölkədə əlavə məhdudiyyətlər tətbiq edilə bilərmi sualına aydınlıq gətirdi
Ölkədəki epidemioloji vəziyyət dövlətin xəstələri tibbi yardım ilə təmin edə bilməcəyi qədər pisləşsə, əlavə məhdudiyyətlərin tətbiq edilməsi yenidən gündəmə gələ bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze söyləyib.
"Biz konkret göstəricidən danışmamışıq, lakin xəstəxana sektorunun həddən artıq yüklənməsi halında və dövlət artıq bütün yoluxmuş şəxslərə tibbi yardım göstərə bilmədikdə, bu məsələ gündəmə gələcək", - deyə Ğibradze bəyan edib.
Ğibradzenin jurnalistlərə verdiyi məlumata görə, səhra xəstəxanalarının açılması zərurəti yaranarsa, dövlət mövcud təcrübəni rəhbər tutacaq və kovid infeksiyasına yoluxmuşların müalicəsi üçün bütün vasitələrdən istifadə edəcək.


