Qiorqi Ğibradze: "Dağ kurortlarında yoluxma halları çoxalıb"
"Dağ kurortlarında istirahət edənlərin ölkədəki qaydalara və tənzimləmələrə mümkün qədər əməl etmələri vacibdir".
InterPress.ge xəbər verir ki, bunu İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Qiorqi Ğibradze deyib.
O qeyd edib ki, yaşı 50-dən yuxarı olan şəxslər üçün 200 lari məbləğində həvəsləndirmə davam edir. Onun sözlərinə görə, vaksinasiya prosesinin daha da intensivləşdirilməsi və gücləndirici dozaların vurulması çox vacibdir.
"Tendensiya göstərir ki, dağ kurortlarında yoluxma hallarının sayı xüsusilə yüksəkdir, ona görə də dağ kurortlarına gələnlərin ölkədə mövcud olan qaydalara və tənzimləmələrə əməl etmələri çox vacibdir. Epidemiyanın yayılmasının qarşısının alınmasında mühüm amillərdən biri olduğu üçün maska taxmağa xüsusi diqqət yetirilməlidir. Maska taxmaq təkcə nəzarətçinin həyata keçirdiyi tədbir deyil, bunun vasitəsilə biz pandemiya ilə mübarizə apara biləcəyik. Aydındır ki, nəzarət gücləndiriləcək, lakin digər tərəfdən, hər birimiz buna nəzarət etməliyik", - Ğibradze bildirib.


