Təhsilini Gürcüstanda davam etdirmək istəyən xarici ali təhsil müəssisələrində təhsil alan tələbələr bu tarixdə imtahan verəcəklər
Təhsilini Gürcüstanda davam etdirmək istəyən xarici ali təhsil müəssisələrində təhsil alan tələbələr fevralın 10-da imtahan verəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Milli İmtahan Mərkəzi məlumat yayır.
Onların sözlərinə görə, tələbələr qeydiyyatdan keçmək üçün saat 11:00-da imtahan mərkəzində olmalıdırlar və imtahan saat 12:00-da başlayacaq. Gecikmə halında, imtahana buraxılmayacaqlar.
“İmtahan mərkəzinin ünvanı ilə bağlı ətraflı məlumat daha sonra dərc olunacaq. İştirakçı şəxsiyyət vəsiqəsi və maska, arzu edilərsə - plastik butulkada su gətirməlidir. Test tapşırığı üzərində işləmə prosesində mərkəz onu müvafiq qələm və digər zəruri əşyalarla təmin edəcək. Testin müddəti iki saat 30 dəqiqədir. Ondan uğurla keçmək test üçün müəyyən edilmiş maksimum balın 50%-dən çoxunu (ən azı 23 bal) toplamaq deməkdir.
İmatahan zamanı Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi tərəfindən hazırlanmış bütün tövsiyələrə əməl olunacaq. İmtahanda iştirak etmək üçün yanvarın 15-i, saat 18:00-dək qeydiyyatdan keçmək mümkündür”, - məlumatda deyilir.


