InterPress.ge xəbər verir ki, bu sözləri Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin rəhbəri Tenqiz Çerçvadze deyib.
O, Omikron-un sürətlə yayılması səbəbindən koronavirusdan ölüm nisbətinin artacağını proqnozlaşdırıb.
"Növbəti iki və ya üç həftə ərzində, "Omikron" dominant olacaq və başqasına keçmə tezliyi daha yüksək olacağı üçün halların sayı kəskin artacaq. Ölənlərin sayının artacağı gözlənilir. Omikron virusuna yoluxanların sayı çoxalacaq", - deyə o söyləyib.
