Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Avropa Parlamentinin prezidenti vəfat etdi

434
Avropa Parlamentinin prezidenti vəfat etdi
Dinləmək üçün basın

Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters məlumat yayır.

“Reuters”in paylaşdığı məlumata görə, 65 yaşlı David Sassoli immun sistemində yaranan “ciddi ağırlaşma” səbəbindən dekabrın 26-da xəstəxanaya yerləşdirilib.

Səhhətindəki problemlərə görə o, son həftələrdə Strasburqda parlament iclaslarına sədrlik edə bilməyib və sentyabrda Avropa Komissiyası prezidentinin illik müraciətini buraxıb.

İtaliyalı sosialist və keçmiş jurnalist, Florensiyalı David Sassoli 2019-cu ildən Avropa Parlamentinin sədri olub. Reuters agentliyinin yaydığı məlumata görə, onun səlahiyyət müddəti bu ayın sonunda başa çatırdı.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →