Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ÜST koronavirusun yeni ştamının yaranması səbəbini açıqlayıb

315
ÜST koronavirusun yeni ştamının yaranması səbəbini açıqlayıb
Dinləmək üçün basın

“Koronavirusun "deltakron" ştamı virusun iki variantının birləşməsi deyil”.

“Koronavirusun "deltakron" ştamı virusun iki variantının birləşməsi deyil”.

InterPress.ge xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove özünün tviterdəki hesabında yazıb.

O, həmçinin "deltakron" adından istifadə olunmamasını təklif edib. Təşkilat rəsmisi hesab edir ki, "deltakron" laboratoriya səhvi nəticəsində ortaya çıxıb.

ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “deltakron”, eləcə də “fluron” anlayışından istifadə etməməyə çağırıb.

"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir. "Deltakron” yəqin ki, ştamların ardıcıllaşdırması zamanı çirklənmədir", - o tviterdə yazıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “delta” və “omikron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədicilərinə müvafiq olaraq “deltakron” adlandırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →