Koronavirusa yoluxmuş şəxslər evdə müalicə olunduğu halda bu dərmanlardan istifadə edə biləcəklər
Koronavirusa yoluxmuş xəstələr evdə müalicə olunduğu halda iki dərmanı – “Paxlovid” və “Molnupiravir”i qəbul edə biləcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Çerçvadze qeyd edib.
Çerçvadzenin jurnalistlərə verdiyi məlumata görə, onlar Remdesivirin evdə istifadəsini də nəzərdən keçirirlər, lakin hələ ki, məsələ həllini tapmayıb.
"İki həb - Paxlovid və Molnupiravir, bizdə hələ yoxdur, lakin ilklərdən biri Gürcüstan olacaq, onları qəbul edəcək, diaqnozdan sonra 4 gün ərzində yalnız evdə istifadə ediləcək. Biz həmçinin əsas, diqqəti çəkən dərman preparatının - Remedisivirin evdə istifadəsini nəzərdən keçiririk ki, indi ondan yalnız klinikada istifadə edirik. Amma bu, venadaxili transfüzyon olduğu üçün tabletlə müqayisədə çətin olacaq. Remedisivir də üç gün müddətində nəzərdən keçiriləcək", - Çerçvadze bildirib.
Dərmanların sayına gəlincə, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbərinin qeyd etdiyinə görə, hazırda Gürcüstanda cəmi 40 min flakon “Remedisivir” var ki, bu da 7 min xəstəyə kifayət edir.
“Həmçinin, Nazirlik artıq Remedisivirin əlavə, çox ciddi partiyasının tətbiqi üçün tədbirlər görüb ki, insanlar Omicrona yoluxsalar belə, bütün xəstələr üçün kifayət edəcək.
Remedisivir digər dərmanlardan ucuzdur, qutusunu 9 dollara alırıq.Bir xəstəyə 6 qutu lazımdır.
Eyni zamanda, Çerçvadzenin sözlərinə görə, Gürcüstan 2-3 həftə ərzində Pakslovidi, yaxın həftələrdə isə Molnupiraviri qəbul edəcək.
Hər iki dərman həm Delta ştammına, həm də Omicrona təsir göstərir. Bütün bunlar bizə Omicronun 6-cı dalğasının ən çətin çağırışını ləyaqətlə və dünyanın digər ölkələrində baş verənlərdən nisbətən daha az itki ilə qarşılamağa əsas verir”,- Çerçvadze bildirib.


