10 
Yan
2022
16:52
948

Vəkil Saakaşvili ilə görüşdən sonra açıqlama verdi

Vəkil Dimitri Sadzaqlişvili Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində ziyarət edib.

InterPress.ge xəbər verir ki, vəkil Mixeil Saakaşvili ilə yenidən qapalı görüş keçirilməsini xahiş edir və Gürcüstan Vəkillər Assosiyasiyasından və Xalq Müdafiəçisindən bu prosesdə köməklik istəyib.

“Bu günə qədər Mixeil Saakaşvilinin həkimini qeyri-qanuni olaraq, xüsusən də səhhətində problemlər yarandıqda onun yanına buraxmırlar. Təbii ki, bu, Saakaşvilinin fundamental hüquqlarının əhəmiyyətli və əsaslı şəkildə pozulmasıdır. Həmçinin qapalı formada ünsiyyətimizə imkan vermirlər, biz bunu dəfələrlə bəyan etmişik və bu məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmişik, ancaq bu günə qədər Rustavi 12-ci Cəzaçəkmə Müəssisəsi və direktoru bu mövcud maneənin aradan qaldırılması üçün heç bir iş görmür.

Biz bir daha açıq şəkildə bizə qanuna uyğun olaraq Saakaşvili ilə əlaqə saxlamaq imkanının verilməsini tələb edirik və bu müdafiə hüququndan istifadə etmək üzrə Gürcüstan Vəkillər Assosiyasıyasından, Xalq Müdafiəçisindən və bu hüququn həyata keçirilməsinə təsir etmək imkanı olan istənilən qurumdan kömək istəyirik.

İndiyə qədər bu qurumların hüquqlarımızın pozulmasına lazımi reaksiya vermədiyi və rəsmi müraciət tələb olunmadığı hal olmayıb. Biz bunu istənilən formada edəcəyik və Saakaşvilinin konstitusiyaya uyğun olaraq müdafiə hüququnun qorunmasını, o cümlədən yazılı şəkildə tələb edəcəyik”, - Sadzaqlişvili bildirib.

Mixeil Saakaşvilinin səhhətinə gəlincə, vəkilin sözlərinə görə, onların Saakaşvilinin səhhətinə kimin nəzarət etdiyi və bu istiqamətdə hansı addımların atıldığı barədə hər hansı məlumat əldə etmək imkanı yoxdur.

“Bunun fonunda Saakaşvilinin şəxsi həkiminin ona baş çəkməsinə icazə verilməməsi bir çox suallar doğurur və üzə çıxarır ki, Gürcüstan hakimiyyətinin və Ədliyyə Nazirliyinin məqsədi əslində Saakaşvilinin səhhəti ilə maraqlanmaq deyil”, - Sadzaqlişvili bildirib.

Eyni zamanda vəkil qeyd edib ki, Mixeil Saakaşvili iqtisadi proqram üzərində işləyir və bu proqram tezliklə ictimaiyyətə açıqlanacaq.

Bizimlə əlaqə saxlayın