Hökumət bu həftə dərmanların qiymətinin aşağı salınması ilə bağlı qərar qəbul edəcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, hökumət bu həftə dərmanların qiymətinin aşağı salınması ilə bağlı konkret qərar qəbul edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumətin iclasında bildirib.
O bildirib ki, Türkiyə bazarının açılması və oradan Gürcüstana keyfiyyətli dərmanların idxalı, eləcə də qanunvericilik bazasının dəyişdirilməsi nəzərdə tutulur ki, bu da baş nazirin sözlərinə görə, dərmanların qiymətlərini xeyli aşağı salacaq.
"Bildiyiniz kimi, bizim vədimiz yerinə yetdi – ölkədə qumar oyunları məsələsi yoluna qoyuldu, Milli Məclisə bir daha təşəkkür edirəm ki, müvafiq qanunu qəbul etdi.
Daha bir vədi dərmanların qiymətləri ilə bağlı vermişik və bu həftə bu mövzuda qərarlar verəcəyik ki, bu da proqnozumuza görə dərmanların qiymətlərini xeyli aşağı salacaq. Əczaçılıq bazarının hesabatı tamamlanıb, Rəqabət Agentliyi öz işini başa çatdırıb, yeni nazir artıq Rəqabət Agentliyinin rəhbəri ilə görüşüb və birlikdə gələcək tədbirləri planlaşdırıblar. Biz Türkiyə bazarını açmağa, Türkiyədən keyfiyyətli dərmanlar gətirməyə hazırlaşırıq ki, bu da bizim proqnozlarımıza görə dərmanların qiymətlərini xeyli aşağı salacaq. Bundan başqa, biz bu sahədə vəziyyəti daha da yaxşılaşdıracaq qanunvericilik üzərində də işləyəcəyik", - baş nazir bəyan edib.


