Marneuli bələdiyyəsində bıçaqlanma hadisəsi baş verdi.
InterPress.ge xəbər verir ki, hadisə bu gün Sadaxlı kəndində baş verib.
InterPress.ge- nin əldə etdiyi ilkin məlumata görə, kənd sakini öz həmkəndlisi olan ata və onun iki oğlunu bıçaqlayıb.
Yaralıların Marneulidə xəstəxanaların birinə yerləşdirildiyi bildirilir.
Hadisənin baş vermə səbəbi hal- hazırda məlum deyil.
InterPress.ge xəbər portalı hadisənin təfərrüatlarını araşdırır.
