Saqarecoda polis iki nəfəri hüquq-mühafizə orqanlarına müqavimət göstərməkdə ittiham edərək saxladı
Saqarecoda polis iki nəfəri hüquq-mühafizə orqanlarına müqavimət göstərməkdə ittiham edərək saxlayıb.
InterPress.ge xəbər verir ki, hadisə ötən gün Yeni il tədbiri zamanı bir neçə gənc şəhərin mərkəzi küçəsində quraşdırılmış səhnəyə çıxmaq istəyərkən baş verib.
Hadisə şahidlərindən birinin sözlərinə görə, 5-dən çox gənc səhnəyə çıxaraq konserti pozmağa çalışıblar və bu zaman polislə onlar arasında şifahi qarşıdurma fiziki qarşıdurmaya çevrilib.
"Bir neçə nəfər səhnəyə çıxıb konserti pozmağa cəhd edirdi. Məlumatıma görə polis onları ərazini tərk etməyə çağırıb, onlar polisə konsertin niyə keçirildiyini deyiblər. Sonra qarşıdurma oldu və başqa polislər gəldi", - şahid bildirib.
Əldə olan məlumata görə, hadisə zamanı bir polis yaralanıb, o başından xəsarət alıb, 2 gənc saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı hüquq-mühafizə orqanlarına müqavimət göstərməni nəzərdə tutan 353-cü maddə ilə araşdırma aparılır.


