Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb

367
Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb
Dinləmək üçün basın

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, - məlumatda deyilir.

Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.

İğtişaşlar zamanı bir neçə polis əməkdaşı, Qazaxıstan Milli Qvardiyasının və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çox asayiş keşikçisi yaralanıb. Bu barədə isə bazar günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 polis əməkdaşı öldürülüb, 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →