08 
Yan
2022
18:16
345

Rustavinin 12- ci cəzaçəkmə müəssisənin yaxınlığında aksiya keçirilir

Prezident Saakaşviliyə azadlıq” aksiyası Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin yerləşdiyi Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsinin yaxınlığında aksiya keçirirlər.

InterPress.ge xəbər verir ki, aksiya “Mişa sektoru” təşəbbüs qrupu tərəfindən təşkil olunub.

Etirazçılar Saakaşvilinin şəxsi həkiminin baş çəkə bilməməsinə və telefon danışıqlarına məhdudiyyət qoyulmasına etiraz edirlər.

Eyni zamanda, mitinqin təşkilatçılarının fikrincə, Dövlət Müfəttişliyi tərəfindən müəyyən edilən ən mühüm fakt Gürcüstanın üçüncü prezidentinə qarşı qeyri-insani rəftar və işgəncədir.

Onların fikrincə, Saakaşvili hökumətin və Vladimir Putinin şəxsi məhbusudur. Etirazçılar “Mişaya azadlıq” yazılı banerlər qaldırıblar. Hüquq-mühafizə orqanları hadisə yerinə səfərbər olunublar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər