08 
Yan
2022
17:24
946

Bu gün Qazaxıstandan neçə Gürcüstan vətəndaşının ölkəyə qayıdacağı açıqlandı

Bu gün Nur Sultan hava limanından üç Gürcüstan vətəndaşı ölkəyə qayıdacaq.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

 Xarici İşlər Nazirliyi bildirir ki, ölkədə gedən proseslərlə əlaqədar Gürcüstan səfirliyi yerli emiqrantlar və Gürcüstan vətəndaşları ilə fəal əlaqə saxlayır.

"Səfirlikdə mövcud olan məlumata görə, bu gün üç Gürcüstan vətəndaşı Kutaisiyə Nur-Sultanhava limanından  müntəzəm reyslə qayıdacaq. Aktauya reys həyata keçirildiyi təqdirdə isə 60 Gürcüstan vətəndaşının bu gün vətənə qayıtması planlaşdırılır.

Xatırlatmaq istərdik ki, Gürcüstanın Qazaxıstandakı səfirliyi adi qaydada fəaliyyətini davam etdirir, qaynar xətt aktivləşdirilib və Gürcüstan vətəndaşları bu nömrəyə zəng edə bilərlər: +7 (717) 224-32-58”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər