08 
Yan
2022
15:13
2285

Gürcüstanda qar fırtınası gözlənilir

Gürcüstanda yanvarın 9-dək yağış gözlənilmir. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Məlumata görə, yanvarın 11-dək Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək, +11, +16 dərəcə isti olacaq. Yanvarın 9-da bəzi yerlərdə güclü şərq küləyi əsəcək.

Yanvarın 6-8-də Şərqi Gürcüstanda yağış olmayacaq, yanvarın 9-da havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı, qar fırtınası, duman olacağı ehtimalı var. Burada havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək, yanvarın 9-da isə +5, +10 dərəcəyədək enəcək. Yanvarın 10-dan hava yenidən açılacaq.

Tbilisidə yanvarın 9-dək yağış gözlənilmir. Yanvarın 6-8-də havanın temperaturu +11, +13 dərəcə təşkil edəcək. Yanvarın 9-da havanın buludlu olacağı, nisbətən soyuq keçəcəyi, yağış yağacağı, duman olacağı gözlənilir. Yanvarın 10-dan paytaxtda da hava açılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər