Qazaxıstanın keçmiş prezidenti qızları ilə birlikdə ölkəni tərk edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Yerli media Orda.kz-nin məlumatına görə, ölkədə yalnız Nazarbayevin böyük qardaşı Bolat Nazarbayev qalıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev sonuncu dəfə dekabrın 27-də ictimaiyyət qarşısına çıxıb. O, Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edib.
