2021-ci ildə 55 jurnalist və media işçisi vəzifə borcunu yerinə yetirərkən ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə UNESCO-nun hesabatında qeyd olunub.
“2021-ci ildə həqiqəti söyləmək bir çox jurnalistə baha başa gəldi”, - UNESCO baş direktoru Odri Azule deyib.
O vurğulayıb ki, bu gün pandemiya və iqtisadi təlatümlər dövründə dünyanın hər zamankından daha çox müstəqil və həqiqətə uyğun informasiyaya ehtiyacı var.
Jurnalistlərin əksəriyyəti 2021-ci ildə iki regionda öldürülüb - Asiya-Sakit okean regionunda 23 jurnalist, Latın Amerikası və Karib hövzəsində isə 14 jurnalist öldürülüb.
UNESCO-dan verilən məlumata görə, 2006-cı ildən bu günə qədər jurnalist qətllərinin 87 faizinin üstü açılmamış qalır.